Temperatur daha da yüksələcək, dumanlı hava davam edəcək

14.03.2025

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək. Səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək.

Bakupost.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью