Tempi özümüz bilərəkdən yavaşladırıq Putin

09.10.2026

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəzi milli məhdudiyyətlərin aradan qaldırılması MDB-nin daha böyük uğurlar əldə etməsinə imkan verəcək.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda MDB ölkələri liderlərinin məhdud tərkibdə keçirilən görüşündə bildirib.

"Daha sürətlə irəliləmək mümkündürmü? Yəqin ki, mümkündür. Bunun üçün nə etmək lazımdır? Maneələri aradan qaldırmaq. Tempi özümüz bilərəkdən yavaşladırıq", - o qeyd edib.

Putin həmçinin bildirib ki, ötən il Rusiya və MDB arasında ticarət dövriyyəsi 110 milyard dolları ötüb və bu il də artmaqda davam edib.

"İş gedir. 2025-ci ilin yekunları üzrə Rusiya və MDB-yə üzv ölkələrin ticarət dövriyyəsi 110 milyard dolları ötüb, cari ilin birinci yarısında isə daha 19 % artıb" - Putin qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью