Təmsilçilərimiz Dubaydan 11 medalla qayıdır

25.11.2024

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BƏƏ-nin Dubay şəhərində bədii gimnastika üzrə “Aram UAE Cup” beynəlxalq turniri keçirilib.

Apasport.az xəbər verir ki, yarışda iştirak edən “Ocaq Sport” klubu 11 medal qazanıb.

Bədii gimnastlarımızdan Arina Poqorila (2012-ci il təvəllüdlülər arasında) halqa, top, gürzlər, Həlimə Əmirzadə (2016) alətsiz, halqa, Yevelina Yoşpa alətsiz, halqa, Asya Mahmudzadə alətsiz, gürzlər, İnci Hümmətova (hər ikisi 2017) alətsiz və top hərəkətlərdə qalib adına yiyələniblər. Fəridə Cəlilova (2017) isə topla hərəkətlərdə ikinci yeri tutub.

Millimiz Özbəkistanda bürünc medal qazanıb Paris-2024-ün finalçıları bədii gimnastika üzrə ustad dərsləri keçiriləcək Gimnastlarımızdan 4 qızıl, 1 gümüş və 2 bürünc Ahmet Önder Bakıya gəlir Gimnastlarımız beynəlxalq yarışda iştirak edəcəklər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью