Təmsilçilərimiz ilk görüşdə məğlub olublar

09.07.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında Dünya kuboku keçirilir.

Apasport.az xəbər verir ki, bu gün baş tutan 1/32 finalda Azərbaycan millisinin 2 şahmatçısı lövhə arxasına keçib.

Qrossmeysterlərimizdən Ülviyyə Fətəliyeva yerli Lela Cavaxişvili ilə, Gülnar Məmmədova Polina Şuvalova (FİDE) ilə görüşüb. Hər iki şahmatçımız ilk görüşdə məğlub olublar. Sabaha tərəflər arasında ikinci oyun baş tutacaq.

Qeyd edək ki, Gövhər Beydullayeva və Xanım Balacayeva Dünya kubokunun ilk mərhələsində mübarizəni dayandırıblar.

Dünya Kubokunun açılış mərasimi keçirilib - FOTO Teymur Rəcəbov 5-ci oldu Xaqan Əhməd qələbə ilə başladı “Sheki Open”in qalibi müəyyənləşib Dünya kubokunun püşkatma mərasimi keçirilib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью