Təmsilçimiz dünya çempionatında 4cü olub

09.12.2024

Icma.az, Apasport saytına istinadən bildirir.

Dekabrın 5-də Bəhreynin paytaxtı Manamada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan yığma komandasının idmançısı İsa Rüstəmov (73 kq) körpücük üzərinə çıxıb.

B qrupunda yarışan atletimiz birdən qaldırma hərəkətində 150 kq nəticə göstərərək 4-cü olub. Təkanla qaldırma hərəkətində isə 178 kq ağırlığı başı üzərinə qaldıran Rüstəmov bu dəfə də 4-cü yerdə qərarlaşıb. Təmsilçimiz toplam çəkidə 328 kq (150+178) nəticəyə imza ataraq B qrupunu 4-cü yerdə başa vurub.

Qeyd edək ki, 73 kq çəki dərəcəsində yekun sıralama A qrupunda yarışan idmançıların çıxışlarından sonra bəlli olacaq.

İdmançımız Polşada bürünc medal qazanıb Aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi keçiriləcək AAF-nin vitse-prezidenti Avropa Ağırlıqqaldırma Federasiyasının xüsusi Konqresində iştirak edib Yığmamız çıxışını başa vurdu Ağırlıqqaldıranımız İspaniyada 9-cu oldu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью