Temu dələduzluqla məşğuldur insanları aldadırlar

07.04.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

"Temu şirkəti əməlli dələduzluqla məşğuldur".

Milli.Az xəbər verir ki, bunu müğənni Nura Suri deyib.

O, sosial şəbəkədə Temu-dan narazılığını dilə gətirib:

"Sosial şəbəkələrdə bu mövzuda tez-tez statuslar görürdüm, dünən proqramı yüklədim və şahidi oldum.
Guya ki, hədiyyə və bonuslar verirlər, amma açıq-aydın insanları aldadırlar.

Dünən bir bloggerin paylaşımını gördüm, Temu-nun hədiyyə verdiyini yazıb, link qoymuşdu. Linkə keçid etdim və eyni paylaşımı mən də etdim ki, görüm bu doğrudur ya yox. Nəticədə, əmin oldum ki, bu bir dələduzluqdur. Beləliklə, proqramı necə yükləmişdimsə, elə də sildim".

Asya
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью