Temu göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrıldı | Icma.az
Icma.az bildirir, Oxu.az portalına istinadən. Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Ko
Oxu.Az-ın məlumatına görə, görüşdə son zamanlar bu platforma üzərindən Azərbaycana birbaşa daşımalarla bağlı vətəndaşların narahatlığının ar
Həmçinin İKTA və "Temu" arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri əsas müzakirə mövzusu olub.
Bildirilib ki, tənzimləyici qurum olan İKTA xaricdən birbaşa daşımalarda həm vətəndaşların, həm də sahibkarlıq subyektləri olan poçt rabitəsi operatorlarının mənafelərinin qorunmasında maraqlıdır.
Bu baxımdan yaranan şikayətlər sürətlə araşdırılmalı və operativ həll edilməlidir.
Qarşı tərəf də öz növbəsində müştəri məmnuniyyətinə xüsusi önəm verdiyini və bu kimi problemlərin qısa zamanda aradan qaldırılması üçün Azərbaycanın tənzimləyici qurumu ilə əməkdaşlıqda maraqlı olduğunu açıqlayıb.
Görüşdə həmçinin belə müzakirələrin davamlı aparılması qərara alınıb.
"Temu" rəsmiləri eyni zamanda, İKTA vasitəsilə daxil olan müraciətlərin operativ və obyektiv araşdırılması üçün Azərbaycanın poçt xidmətləri üzrə tənzimləyici qurumu ilə təmaslar quracaq xüsusi koordinatorun müəyyən olunacağını bildiriblər.
Tam oxu
Xəbəri oxu