Icma.az, Demokrat.az saytına istinadən bildirir. Abşeron rayonunda 27 yaşlı oğlan həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 17-də Qobu qəsəbəsində baş verib.
1998-ci il təvəllüdlü Malik həmin gün saat 12 radələrində arvadı arvadı İlahənin mobil telefon cihazından sosial şəbəkədə istifadə etməsini görüb.Bununla bağlı arvadına irad bildirib və tərəflər arasında həmin səbəbdən ailə daxili münasibətlər zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verib.
Həmin mübahisə əsnasında kişi arvadına hücum edib və onu vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən məhkum olunan şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş şəxs ilə 2022-ci ildə ailə həyatı qurub, həmin evlilikdən bir övladı var: “Evli olduğumuz müddətdə İlahə mobil telefondan az istifadə etməsini bir neçə dəfə bildirmişəm.
Bu ilin martın 17-də, saat 12 radələrində İlahənin valideynlərinin Qobu qəsəbəsindəki yaşadıqları evlərinə getdik.