Icma.az bildirir, Milli.az saytına əsaslanaraq. Seul Bələdiyyəsi tərəfindən aparılan geniş tədqiqatlar nəticəsində, Temu, SHEIN və AliExpres
Bu məhsulların istifadəsi ciddi sağlamlıq problemlərinə, hətta ekoloji fəlakətlərə yol aça bilər.
Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, Temu platformasında satılan sandallarda aşkar edilən qurğuşun miqdarı qanuni limitdən 11 dəfə çoxdur.
Qurğuşun orqanizmə daxil olduqda, uzun müddət ərzində nevroloji problemlərə və daxili orqanlara zərər verə bilər.
Eyni zamanda, Temu tərəfindən satılan alüminium qabların tərkibindəki nikel miqdarı da qanuni limitdən iki dəfə çoxdur.
Nikelin dərilərə toxunması allergik reaksiyalara səbəb ola bilər və uzun müddət məruz qalmaq, xərçəng riski yarada bilər.
Bundan başqa, SHEIN brendinin sandallarında aşkar edilən ftalat maddəsi, plastiklərin daha elastik olmasını təmin edərkən, reproduktiv sağlamlığa ciddi zərər verə bilər.
Ftalatlar kişilərdə sperma sayının azalmasına və sonsuzluğa, qadınlarda isə vaxtından əvvəl doğuş riskinin artmasına səbəb ola bilər.