Temudan qazan dəsti sifariş verdi, görün nə gəldi Növbəti BİABIRÇILIQ

27.11.2024

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son zamanlar müxtəlif ölkələrə aid olan saytlardan onlayn sifarişlər insanların üz tutduğu alış-veriş üsullarından ən aktual olandır.

Milli.Az xəbər verir ki, vətəndaşın "Temu"dan sifarişinin nəticəsi gözlənilməz olub.  
Müştəri qazan dəsti sifarişi verdiyi halda ona "klyonka" qazan şəkli göndərilib.
Hadisə sosial şəbəkələrdə böyük marağa səbəb olub. İzləyicilərin bəziləri bunu "Temu" fırıldağı, bəziləri isə məhsulu almamışdan öncə diqqətlə məhsul haqda oxumaq lazım olduğunu yazıblar.

Bu tip halların artması onlayn alış-verişin risklərini bir daha gündəmə gətirib və alıcıları ehtiyatlı olmağa çağırır. Sifarişin nəticəsinin gözlənilməz olması həm də "Temu"nun məhsul təsvirləri və şəkillərinin gerçək məhsullarla uyğunluğunu şübhə altına alıb.
Aysel Əkbər
Milli.Az

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью