Temudan şikayət DURMADAN ARTIR Aldanmamaq üçün nələrə diqqət etməliyik? / VİDEO

27.11.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əsasən Çindən olan məhsulların onlayn satışını həyata keçirən "Temu" alış-veriş saytından sifariş verilən məhsuldan evə gələn məhsul arasındakı fərq müştərinin narazılığına səbəb olub.

Publika.az xəbər verir ki, müştəri açar dəsti sifariş verib, lakin evə açarqabı formasında suqabı göndərilib.

Araşdırma zamanı isə məlum olub ki, bu kimi hallarla rastlaşanlar az deyil.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, elektron ticarət sahəsində alıcıların aldadılması barədə Birliyə çoxsaylı şikayətlər daxil olub.

E.Hüseynov onlayn alış-veriş edənləri diqqətli olmağa çağırıb. O bildirib ki, aldanmamaq üçün sifariş verilən məhsul haqqında yazılan məlumatlar mütləq oxunmalıdır.

Ətraflı "ATV Xəbər"in süjetində:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью