Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq. Bu gün səhər saatlarında onlayn ticarət platforması “Temu”nun Türkiyədəki ofisində Antiin
Şirkət sözçüsü agentliyə açıqlamasında reydi təsdiqləyərək, Türkiyə rəsmiləri ilə tam əməkdaşlıq ediləcəyini bildirib.
Məlumata görə, əməliyyat zamanı ofisdən kompüterlər və digər avadanlıqlar götürülüb.Qlobal miqyasda çox aşağı qiymətli məhsulları ilə tanınan “Temu”nun, Çinin iri elektron ticarət holdinqi “PDD Holdings”ə bağlı olduğu qeyd olunur.
Platformada geyimdən tutmuş smartfonlara qədər geniş məhsul çeşidi təklif edilir.“Reuters” yazır ki, Türkiyədəki bu əməliyyat, Avropa Birliyi tənzimləyicilərinin “Temu”nun Avropa mərkəzi olan Dublin ofisində, “ədalətsiz Çin dövlət subsidiyaları” ilə bağlı şübhələr əsasında apardığı araşdırmalardan sonra baş verib.Antiinhisar İdarəsindən reydin səbəbləri və istintaqın detalları ilə bağlı hələlik əlavə rəsmi açıqlama verilməyib.Cavid, BakuPost Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.