Ten Haq nə qədər təzminat aldı?

05.12.2024

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Mançester Yunayted"in sabiq məşqçisi Erik Ten Haqa ödədiyi təzminatın məbləği məlum olub.

Bu haqda “The Athletic” nəşri məlumat yayıb.
İngiltərə klubu 54 yaşlı mütəxəssisə və onun köməkçilərinə ümumilikdə 10,4 milyon funt sterlinq təzminat ödəyib. Xəbərdə o da qeyd olunur ki, MY son 10 ildə məşqçilərin və digər işçilərin təzminatına 70 milyon funt sterlinq xərcləyib.
Xatırladaq ki, Ten Haq oktyabrda istefaya göndərilib. Onun yerini “Sportinq”in sabiq baş məşqçisi Ruben Amorim tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью