Ten Haqın “Mançester Yunayted”i daha yaxşı başlamışdı

08.12.2024

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında "Nottingem Forest"ə uduzub – 2:3. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar" yeni baş məşqçi Ruben Amorimin rəhbərliyi altında 4 oyunda 1 qələbə qazanıb, 2 dəfə uduzub, 1 dəfə heç-heçə edib.

Amorimin MY-si bu görüşlərdə 4 xal qazanıb.

Komandanın sabiq baş məşqçisi Erik ten Haqın startı daha uğurlu alınmışdı. Belə ki, "Mançester Yunayted" niderlandlının başçılığı altında ilk 4 oyunda 2 qələbə qazanaraq, 6 xal əldə etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью