Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
- + Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur.
Həbsinə qədər 35 şirkətin rəhbəri olub. İttihama görə, onun şirkətləri dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gəlib.
İbtidai istintaqın son günlərində onun barəsində 2025-ci il yanvarın sonuna kimi həbs qətimkan tədbiri seçilib.
Fəqani Rəhimov 2 il əvvəl Gədəbəydə tarixi abidənin qarşısında hotel tikdirməsi ilə gündəmə gəlmişdi.
Həmin vaxt tikintinin qanunsuz aparılması ilə bağlı iddialar səslənirdi.
Onun şirkətləri ətrafında aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb.