Təndir evində çalışan qadın iş yerində öldü

18.11.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın Suraxanı rayonunda yerləşən təndir evlərindən birində ölüm hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 17-si saat 06 radələrində Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən təndir evində baş verib.

Belə ki, orada işləyən 1971-ci il təvəllüdlü Ruqiyyə Əskərova qəfil ölüb.

Onun infarktdan vəfat etməsi müəyyənləşdirilib.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью