Təndırda çörək bişirmək sənəti UNESCOnun qeyrimaddi irs siyahısına salınıb

04.12.2024

Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təndırda çörək bişirmək sənəti UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb


Bu barədə qərar UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Paraqvayın Asunsyon şəhərində keçirilən 19-cu sessiyasında qəbul edilib.
UNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən müvafiq meyarlar üzrə müsbət rəy alan nominasiya faylına dair qərar 3 dekabrda elan edilib.
Oxuməni.Az xəbər verir ki, bu barədə UNESCO-nun rəsmi saytında məlumat verilib.
“Qeyri-Maddi İrs Siyahısına yeni bir qeyd əlavə edilib: Azərbaycanda təndir sənətkarlığı və çörək bişirmə”, - deyə UNESCO məlumat yayıb.
Xatırladaq ki, bu gün Azərbaycan mədəniyyətinin 24 elementi UNESCO -nun Qeyri-Maddi İrs Siyahısına daxil edilib.
Sessiya dekabrın 7-dək davam edəcək.
Oxuməni.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью