Tənhalıq hissini necə azalda bilərik?

06.07.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Tənhalıq hissini azaltmağa kömək edən ən sadə üsullardan biri gündəlik həyatda kiçik sosial ünsiyyətlər qurmaqdır.

Redaktor.az xəbər verir ki, bu barədə amerikalı klinik psixoloq Robin Kozlovits aif.ru-ya danışıb.

Mütəxəssis bildirib ki, insanlar gündəlik həyatlarında qısa söhbətlər etməyə və ətrafdakılarla ünsiyyət qurmağa çalışmalıdırlar. Məsələn, gözəllik salonunda əməkdaşlarla söhbət etmək, parkda yoldan keçən insanları salamlaymaq və ya idman zalında digər insanlarla göz təması qurmaq buna nümunə ola bilər.

Psixoloqun sözlərinə görə, bu cür "mikro ünsiyyətlər" tənhalıq hissini tam aradan qaldırmasa da, insanın sosial əlaqələr qurmasına və özünü daha az təcrid olunmuş hiss etməsinə kömək edir.

O vurğulayıb ki, kiçik, lakin davamlı sosial təmaslar zamanla daha güclü münasibətlərin formalaşmasına zəmin yarada bilər.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью