Tennessi ştatında orta məktəbdə atışma nəticəsində 4 nəfər yaralanıb

13.07.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

Amerikanın Tennessi ştatının Çattanuqa şəhərində naməlum şəxs orta məktəbdə keçirilən görüş zamanı atəş açıb, nəticədə 4 nəfər yaralanıb.

Doğru.az xəbər verir ki, The New York Post məlumat yayıb ki, hazırda polis atəş açan şəxsi axtarır.

Bütün yaralılar xəstəxanaya yerləşdirilib, həyatları təhlükədə deyil.

Qeyd edək ki, bu ilin əvvəlində ABŞ-ın Nashville şəhərində bir yeniyetmə məktəb bufetində atəş açıb, daha sonra intihar etmişdi.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью