Tennessidə orta məktəbdə silahlı insident: ölənlər var

23.01.2025

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin Tennessi ştatının Antiox şəhərinin orta məktəbində baş vermiş silahlı insident nəticəsində azı üç nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Neşvill Polis Departamenti (MNPD) məlumat yayıb.

Məlumata görə, olay orta məktəbin bufetində baş verib.

Qeyd olunub ki, məktəbin iki şagirdi üçüncü şəxs tərəfindən güllələnib, daha sonra atəş açan şəxs özünü güllələyib. Şübhəlinin motivləri barədə məlumat verilmir.

Hadisə yerində təcili yardım xidmətinin əməkdaşları işləyir, araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью