Tennis matçı silah səslərinə görə yarımçıq dayandırılıb

18.02.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Konqo Demokratik Respublikasında baş tutan tennis matçı silah səslərinə görə yarımçıq dayandırılıb.

"Report" xəbər verir ki, “Çellencer” seriyalı turnirində rusiyalı İvan Denisovla niderlandlı Qay den Ouden açılan atəşlər səbəbindən kortu vaxtından əvvəl tərk ediblər.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Sonradan davam etdirilən görüş rusiyalı tennisçinin 1:6, 3:6 hesablı məğlubiyyəti ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью