Tennis üzrə Bakı birinciliyi başa çatıb

29.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Tennis üzrə uşaq və yeniyetmələr arasında keçirilən Bakı Şəhər Birinciliyi 22–29 iyun tarixlərini əhatə edib.

İdman.Biz bildirir ki, bir həftə davam edən yarışlar Bakı Tennis Akademiyasının 4 kortunda keçirilib və müxtəlif yaş kateqoriyaları üzrə gənc tennisçilərin maraqlı, gərgin mübarizəsi ilə yadda qalıb.

Daha sonra Bakı Şəhər Birinciliyinin rəsmi təltifetmə mərasiminə start verilib. Azərbaycan Tennis Federasiyasının prezidenti Ənvər Ənvərli iştirakçıları təbrik edərək çıxış edib və turnirin əhəmiyyətindən bəhs edib.

Daha sonra müxtəlif yaş kateqoriyaları üzrə qaliblər və finalçılar kubok, medal, diplom və hədiyyələrlə təltif olunublar.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью