Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Serbiyalı tennisçi Novak Cokoviçin 2012-ci il Avstraliya Açıq Çempionatında qələbə qazanarkən istifadə etdiyi raketka hərraca çıxarılıb.
Newscenter.az TASS-a isrtinadən bildirir ki, serbiyalı idmançının raketkası rekord qiymətə, 540 min dollara satılıb. Bu qiymət tennis raketkası üçün rekorddur. Əvvəlki rekord 2025-ci ildə qeydə alınmışdı. O zaman ispaniyalı Karlos Alkarazın 2023-cü il Uimbldon finalında Cokoviçi məğlub etmək üçün istifadə etdiyi raketka 173.000 dollara satılmışdı.
Xatırladaq ki, 2012-ci il Avstraliya Açıq Çempionatının finalı Böyük Dəbilqə tarixində ən uzun final olub. Cokoviç 5 saat 53 dəqiqə davam edən finalda İspaniya təmsilçisi Rafael Nadalı məğlub edib.
Anar