Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Serbiyalı tennisçi Novak Cokoviç tarixdə ilk dəfə olaraq Böyük Dəbilqə turnirlərində 400 qələbə qazanan tennisçi olub.
Bu barədə Oxu.Az TASS-a istinadən məlumat verir.
O, bu nailiyyətə Avstraliya açıq çempionatının (Australian Open) dördüncü raunduna yüksəldikdən sonra nail olub. 1968-ci ildən bəri bu cür yarışlarda qazanılan matçların sayına görə ikinci yeri isveçrəli Rocer Federer (369) tutur.
Cokoviç Avstraliya açıq çempionatındını üçüncü raundunda Niderland təmsilçisi Botik van de Zandsxyulpu məğlub edərək bu turnirin tarixindəki 102-ci qələbəsini qazanıb.
Həmçinin Cokoviç Federerin digər bir rekorudunu da geridə qoyub. Cokoviç 70-ci dəfə Böyük Dəbilqə turnirinin dördüncü raunduna yüksəlib, isveçrəli isə bu nailiyyəti 69 dəfə qazanıb.