Tennisçi oyun vaxtı huşunu itirib

02.04.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Dünyanın 129-cu tennisçisi Françeska Cons matç zamanı huşunu itirib.

İdman.biz xəbər verir ki, hadisə Kolumbiyanın paytaxtı Boqotada keçirilən turnirdə qeydə alınıb.

Cons argentinalı Xulia Riera ilə görüşün gedişində (2:6, 7:5, 3:5) özünü pis hiss edib və yerə yıxılıb. Britaniyalı tennisçiyə təcili tibbi yardım göstərilib, sonra huşsuz vəziyyətdə əlil arabasında aparılıb.

Qeyd edək ki, doğuşdan genetik xəstəliyi olan Consun əl və ayaqlarında ümumilikdə beş barmağı yoxdur.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью