Tennisçi Zverev turnir zamanı məşqçisinin üstünə qışqırıb: “Gedin...”

27.01.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2020-ci il Olimpiya çempionu və dünya üçüncüsü, almaniyalı tennisçi Aleksandr Zverev, 2026-cı il Avstraliya Açıq Çempionatının yarımfinalına vəsiqə qazanmaq uğrunda amerikalı Löhner Tyen ilə matçda öz məşqçisinə ciddi əsəbiləşib.

İdman.Biz bildirir ki, bu, ikinci setdə, Zverev Tyenə 5:6 hesabı ilə uduzduğu zaman baş verib.

“Gedin, yatın, rədd olun”, - Zverev məşqçisi olan atasına və qardaşı Mişaya tərəf qışqırıb.

Almaniyalı tennisçinin konkret nəyə əsəbiləşdiyi məlum deyil.

Zverev matçı 6:3, 6:7, 6:1, 7:6 hesabı ilə qazanıb. Yarımfinalda almaniyalı tennisçi dünya reytinqinin birincisi ispaniyalı Karlos Alkarasla qarşılaşacaq.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью