Tənqidçidən Sabir Rüstəmxanlı barədə çağırış: “İşığa daş atmayaq”

30.08.2026

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir Xalq şairi Sabir Rüstəmxanlı ilə bağlı paylaşım edib.

O, Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında və milli-ictimai düşüncəsindəki yerindən danışaraq, şairə qiymət verməyin belə çətin olduğunu bildirib:

“Sabir Rüstəmxanlı xalqın danışan dilidir. “Ömür kitabı” ömrümüzün kitabıdır. “Qan yaddaşı” qan yaddaşımızdır. “Ana dili” ana dilimizdir. “Vətən” vətənimizdir.

Sabir bəyə nəinki tənqidi, hətta təqdiri qiymət vermək də bizim səlahiyyətimiz xaricindədir. O, klassik ziyalı obrazının çağdaş təcəssümüdür.

O, tribunalarda şir kimi nərə çəkəndə bəziləri girməyə deşik axtarırdı. Onun bir sözü ilə meydanlar dəniz kimi çalxalanırdı. Onun rəhbərliyi ilə dərc olunan “Azərbaycan” qəzeti 70 illik sovet zülməti içində bir işıq idi!

İşığa daş atmayaq! Tarixi unutmayaq!”


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью