Tənqidlərdən sonra üz üzə gəldilər, görüşmədilər VİDEO

08.07.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, sammitdə ən diqqət çəkən məqamlardan biri də son günlərdə ABŞ Prezidenti Donald Trampla İtaliyanın Baş naziri Corcia Meloni arasında yaşanan gərginlikdir. 
Birləşmiş Ştatlar lideri Alyansın zirvə toplantısı öncəsi Meloninin ünvanına bir sıra tənqidlər səsləndirib. O, “Social Truth” hesabında C.Meloni ilə birgə fotosunu paylaşaraq “Burada qadağa qərarı lazımdır” qeydini yazıb. 

İki lider arasında münasibətlərdə yaranan gərginlik pik həddə çatıb. Bu vəziyyət Ankaradakı NATO toplantısının gündəmi olub.

Məhz bu səbədən Meloni liderlərin protokol yemək toplantısına hamıdan gec gəlib. 
Bu diplomatik pişik-siçan oyunu NATO liderləri zirvəsindəki rəsmi ailə fotosessiyası zamanı kameraya aydın şəkildə əks olunub. Digər liderlərlə müqayisədə protokol zonasına bir qədər gec gələn İtaliya Baş naziri Corcia Meloni foto çəkiliş zamanı öz yerini alarkən Trampdan mümkün qədər uzaq bir yer seçib. Meloninin fotosessiya zamanı İspaniya Baş naziri Pedro Sançesə yaxın olması, eyni zamanda Trampdan məsafə saxlaması dünya mediasının diqqətindən yayınmayıb.

Növbəti belə hadisə NATO liderlərinin Zirvə toplantısında ailə fotosessiyası zamanı Donald Tramp əraziyə daxil olanda  Corcia Meloni başını çevirərkən kameraya düşüb.
Görüntülər qısa müddətdə sosial mediada trend mövzusuna çevrilib.

İki lider arasındakı gərginliklə bağlı İtaliyanın aparıcı qəzetlərindən biri olan "Corriere della Sera" Ankarada fərziyyələrə səbəb olan təəccüblü bir iddia dərc edib.

Nəşrin məlumatına görə, Meloni sammitin ev sahibi olan Prezident Ərdoğana Trampla üz-üzə görüşün yarada biləcəyi gərginlikdən və potensial yeni mübahisələrdən qaçınmaq üçün müraciət edib. İddialara görə, Meloni xüsusilə Ərdoğandan sammit protokolunun və oturacaqların təşkili zamanı Trampın yanında heç bir şəkildə yerləşdirilməməsini təmin etməsini istəyib.

Mürtəza 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью