Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyəli müğənni Teoman illər əvvəl hazırladığı maraqlı CV-si ilə sosial mediada gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan və Teomana aid olduğu iddia edilən CV-də sənətçinin özünü "Teoman Yakupoğlu - Fatihin Fedaisi" kimi təqdim etdiyi görünür. Sənəddən həmçinin müğənninin geniş ictimaiyyətə az məlum olan Yakupoğlu soyadını daşıdığı məlum olur.
Hansı ildə hazırlandığı dəqiq bilinməyən CV-də Teomanın əsasən reklam agentliklərinə iş müraciəti etdiyi, özünü isə yaradıcı və diqqətçəkən üslubda təqdim etməyə çalışdığı anlaşılır. Lakin bu cəhdinə baxmayaraq, sənətçinin reklam sektorunda bir karyera qurmadığı və CV-nin müsbət nəticə vermədiyi ehtimal edilir.
Məlumata görə, bu cür fərqli CV hazırlama üsulları həmin dövrlərdə də mövcud olub və Teoman da şansını bu yolla sınayıb.
Milli.Az