Təpiklənən qadın hakim qarşısında ərini bağışladı

04.09.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Xəzər rayonunda 48 yaşlı kişi arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Göyçay rayon sakini, 1978-ci il təvəllüdlü Zaur birgə yaşadıqları evdə arvadı Zəminə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı 48 yaşlı kişi arvadının baş və bədən nahiyəsinə əlləri, ayağı ilə qəsdən vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Zaura qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Xəzər Rayon Məhkəməsində aparılan araşdırma zamanı ər-arvadın barışdığı məlum olub. Qadın ərini bağışlayıb, ona qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью