Təpkilərə yol açan video: Rusiyada yaşayan özbəklər təhqir edildi

01.02.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Özbək xalqının təhqir olunduğu video Moskva və Daşkənd arasında münasibətlərə nifaq salmaq üçün uydurulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin sözçüsü Axror Burxanov bildirib.

“Bu video internetdə görünən kimi dərhal diplomatik kanallar vasitəsilə Rusiya tərəfi ilə əlaqə saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, bu material təxribat xarakterli olub və xalqlarımız arasında münasibətlərə nifaq salmağa çalışan dağıdıcı qüvvələr tərəfindən uydurulub”, - özbək diplomat qeyd edib.

Xatırladaq ki, bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti rus millətçiləri adından yayılan videonun bir Ukrayna vətəndaşına aid olduğunu iddia edib. Qurum bildirib ki, video Litva xüsusi xidmət orqanlarının nəzarətində olan Yutub kanalında yayımlanıb.

Videomaterialda Rusiyada yaşayan özbəklər rus dilində danışan bir şəxs tərəfindən təhqir edilib.

Video Özbəkistanda və Rusiyada yaşayan özbəklər arasında etirazlara səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью