Təqaüdə çıxan Vəliyevə yeni vəzifə verilir Təqdimat… KONKRET

09.04.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, bu barədə təqdimat Milli Məclisə daxil olub.

Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.

Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью