Təqaüdlər və maaşlar ardıcıl artırılacaq Təhsillə bağlı ŞAD XƏBƏR | Icma.az
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq. Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini artıq təsdiqlə
Burada müxtəlif sahələr üzrə vəsait ayrılıb. Bu, həmçinin, təhsil sahəsinə də şamil ediləcək.
Azərbaycanda təhsil sahəsinə ayrılan büdcənin artması, ölkədə insan kapitalının inkişafına verilən önəmin göstəricisi kimi qiymətləndirilir.
Bu dəyişiklik, təhsil sektorunda keyfiyyətin artırılması, müəllimlərin peşəkar inkişafı və şagirdlərin daha yaxşı təhsil alması üçün yeni imkanlar yaradır.
Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı “Yenisabah.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bir sıra vacib məqamlara toxunub: “Öncə qeyd etməliyik ki, bu ilin təhsil büdcəsi Azərbaycan müstəqillik tarixinin ən böyük məbləğli büdcəsidir.
Burada söhbət 5 milyarda yaxın vəsaitdən gedir. Bütün bunlar onu göstərir ki, cənab prezidentin təhsil sahəsinə böyük diqqəti və qayğısı var
Bir daha vurğulayıram ki, Azərbaycanda heç zaman təhsil büdcəsi bu qədər olmayıb.
Bütün bunlar dövlətin təhsil sahəsinə göstərdiyi bariz diqqət və qayğının təzahürüdür. Həmin addım çox yüksək qiymətləndirilməlidir”.
Tam oxu
Xəbəri oxu