Ter Petrosyan Paşinyanı sərt tənqid etdi

19.09.2025

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan hazırkı baş nazir Nikol Paşinyanı sərt tənqid edib. 

AZXEBER.COM Ermənistan mediasına istinadən xəbər verir ki, o, Paşinyanı ölkəni dağıtmaqda ittiham edərək tarixi paralellər aparıb.

Ter-Petrosyan qeyd edib ki, əgər qədimdə hökmdarlar təsadüfən dövlətlərini məhv edirdilərsə, Paşinyan bunu bilərəkdən edir. Onun sözlərinə görə, baş nazirin müxalifətə qarşı gündəlik təhqirləri və hədələri bunun sübutudur.

"Paşinyan ölkəyə o qədər ağır miras qoyub ki, gələcək hakimiyyətlərin bundan xilas olması demək olar ki, mümkünsüzdür”, – deyə sabiq prezident bildirib. 

Şahanə Ziyad

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью