Ter Ştegen 1 nömrə statusunu itirdi

14.05.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son hadisələr Mark-Andre ter Ştegenin "Barselona"da əsas qapıçı statusunu sual altına qoyub. 

Fanat.Az xəbər verir ki, bu barədə "Diario As" məlumat yayıb. 

Mənbənin məlumatına görə, Kataloniya klubunun mövqeyinə qapıçının tez-tez zədələnməsi, eləcə də sağaldıqdan sonra inamsız çıxışı təsir edib. Rəhbərlik artıq ona əvəzləyici yox, əsas qapıçı axtarır.

Ter Ştegen bu mövsüm bütün yarışlarda 8 oyun keçirib, 8 qol buraxıb və bir görüşdə qapısını toxunulmaz saxlayıb. Alman qapıçının Kataloniya komandası ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" onun dəyərini 15 milyon avro qiymətləndirir.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью