Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq qala bilər

17.07.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen belindəki ciddi narahatlığa görə əməliyyat olunmağı düşünür. 

QOL.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

33 yaşlı almaniyalı futbolçunun Asiya turuna komanda ilə yollanması da demək olar ki, istisna olunur. Son günlərdə o, zədədən bərpa olmaq məqsədilə trenajor zalında fərdi məşqlər etsə də, bu metodun effekt vermədiyi bildirilir.

Qeyd olunur ki, zədə ter Ştegenin bu yay "Barselona"dan ayrılmasına da əngəl olub. Lakin o, 2026-cı il dünya çempionatında Almaniya millisində əsas qapıçı mövqeyini qazanmaq üçün qarşıdakı qış transfer dönəmində yeni klub axtarışına başlaya bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью