Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Niderland təmsilçisi “Ayaks”a keçməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Amsterdam klubu 34 yaşlı qolkiperin icarəsi ilə bağlı “Barselona” ilə razılığa gəlib. Tərəflər 2027-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
“Ayaks”ın futbolçunun maaşının böyük hissəsini qarşılayacağı bildirilir. Keçidin yaxın vaxtlarda rəsmən elan olunacağı gözlənilir.
Qeyd edək ki, Ter Ştegen 2014-cü ildən “Barselona”nın formasını geyinir. Almaniyalı qapıçı 2025/26 mövsümünün ikinci yarısını icarə əsasında “Jirona”da keçirib. O, zədə səbəbindən bu komandada cəmi 2 matçda meydana çıxıb.