Ter Ştegen Barselona dan ayrıldı RƏSMİ | Icma.az
Icma.az, Fanat saytına istinadən bildirir. "Barselona" qapıçısı Mark-Andre ter Ştegen ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, almaniyalı qolkiper "Jirona"ya keçib. Keçid hər iki Kataloniya klubu tərəfindən rəsmi saytı vasitəsilə təsdiqlənib.
33 yaşlı qapıçı cari mövsümün sonuna qədər icarə əsasında "ağ-qırmızılar"da çıxış edəcək.
Mark-Andre ter Ştegen 2014-cü ildən bəri "Barselona"nın şərəfini qoruyur.
Bu mövsüm alman qapıçı Hans-Diter Flikin komandasında cəmi bir oyunda meydana çıxıb.
"Jirona" İspaniya çempionatında 20 oyundan sonra 24 xalla turnir cədvəlinin 11-ci pilləsindədir.
Sözügedən komanda yanvarın 26-da La Liqada evdə "Xetafe"ni qəbul edəcək.
Abunə Ol Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu