Ter Ştegen Barselona nın düşərgəsini tərk etdi

07.01.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Ter Ştegen "Barselona"nın düşərgəsini tərk etdi

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen komandanın Səudiyyə Ərəbistanındakı təlim-məşq toplanışını tərk edib.

QOL.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb. 33 yaşlı qolkiper zədə səbəbindən düşərgədən ayrılıb.

Məlumatda bildirilib: "Mark-Andre ter Ştegen zədə səbəbindən Səudiyyə Ərəbistanında "Barselona"nın heyətindən kənarlaşdırılıb. Bu, ter Ştegenin başqa bir kluba mümkün transferlə əlaqəli deyil. Hazırda tibbi müayinə təyin olunub".

Daha əvvəl futbolçunun qış transfer pəncərəsində klubdan ayrılmaq ehtimalının olduğu bildirilmişdi.

Qeyd edək ki, "Barselona" Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya Superkubokunda iştirak edəcək. Bu gün komanda yarımfinalda "Atletik" ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью