Ter Ştegen bu klubla razılıq əldə etdi

16.01.2026

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

İspaniyanın “Barselona” klubunun qapıçısı Mark-Andre ter Ştegen klubunu dəyişməyə yaxındır.

Teleqraf məşhur insayder Nil Solaya istinadən xəbər verir ki, almaniyalı qolkiper La Liqanın digər təmsilçisi “Jirona” ilə anlaşıb.

33 yaşlı almaniyalı oyunçu mövsümün sonuna qədər icarə əsasında bu komandada çıxış etməyə razılıq verib. Keçidin yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ilin yayından “Barselona”da çıxış edir. O, cari mövsümdə cəmi 1 oyunda meydanda olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью