Ter Ştegen həftəsonu yeni kluba keçəcək

31.07.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Ter Ştegen həftəsonu yeni kluba keçəcək

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını Niderlandda davam etdirəcək.

QOL.az xəbər verir ki, təcrübəli qolkiper “Ayaks”a keçməyə hazırlaşır.

Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, tərəflər arasında razılıq əldə olunub və alman futbolçunun keçidi icarə əsasında rəsmiləşdiriləcək. Avqustun 1-də onun transferinin açıqlanacağı gözlənilir.

Bildirilir ki, ter Ştegen “Barselona”da əsas heyətdə yerini itirdiyi üçün daha çox oyun təcrübəsi qazanmaq istəyir. Kataloniya klubu onun maaşının böyük hissəsini ödəməyə davam edəcək.

34 yaşlı qolkiper 2014-cü ildən “Barselona”nın formasını geyinir. O, klubla La Liqa, İspaniya kuboku və UEFA Çempionlar Liqası da daxil olmaqla çoxsaylı titullar qazanıb.

Ter Ştegenin “Ayaks”da əsas qapıçı kimi çıxış edərək əvvəlki formasını bərpa etməyə çalışacağı qeyd olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью