Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Ter Ştegen "Ayaks"da - Rəsmi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını "Ayaks"da davam etdirəcək.
QOL.az xəbər verir ki, Amsterdam klubu bu barədə rəsmi məlumat yayıb.
33 yaşlı alman qolkiper mövsümün sonuna qədər icarə əsasında Niderland təmsilçisində çıxış edəcək.
Ter Ştegen 2014-cü ildən "Barselona"da oynayırdı. O, 2025/2026 mövsümünün ikinci hissəsini icarə əsasında "Jirona"da keçirsə də, zədə səbəbindən cəmi 2 oyunda meydana çıxıb.
Qeyd edək ki, "Ayaks" ötən mövsüm Erediviziyada 5-ci yeri tutub və yeni mövsümdə UEFA Konfrans Liqasında mübarizə aparacaq.