Ter Stegen Türkiyə yolunda SON DURUM

15.06.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen klubunu dəyişməyə yaxındır.

Fanat.Az xəbər verir ki, almaniyalı qolkiperin karyerasını Türkiyə nəhəngində davam etdirmək variantı yaranıb. 

İnformasiyanı "Fanatik" yayıb. Mənbənin məlumatına görə, "Qalatasaray" 33 yaşlı alman oyunçunu heyətinə qatmağa çalışır. Hazırkı Türkiyə çempionu yaxında kataloniyalıların "qapısını döyəcək". "Barselona"nın şərtləri ağır olmasa, müqavilə iyunun sonunda tamamlana bilər. 

Ter Ştegenin transfer dəyəri 12 milyon avro qiymətləndirirlər. 

Dizindəki zədə səbəbindən ötən mövsümün çox hissəsini buraxan Mark-Andre ter Ştegen ötən mövsüm La Liqada cəmi 8 oyun keçirib və onlardan ikisində qapısını toxunulmaz saxlamağı bacarıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью