Icma.az, Idman.biz saytına istinadən bildirir.
Almaniya millisinin qapıçısı Mark Andre ter Ştegenin gələcəyi ilə bağlı yayılan məlumatlar dəqiqləşib.
İdman.Biz “Mundo Deportivo”ya istinadla xəbər verir ki, “Barselona” ilə “Jirona” arasında qolkiper üzrə bağlanmış icarə müqaviləsi vaxtından əvvəl ləğv olunmayacaq.
Fevralın 2-də 33 yaşlı qapıçının budun arxa hissəsindən zədə aldığı, əzələ yırtığı və vətərlərin zədələnmə ehtimalının olduğu açıqlanıb. İlkin məlumatlara görə, bərpa prosesi iki aya qədər davam edə bilər.
Bu qədər uzun fasilə yaranacağı halda “Jirona”nın icarəni erkən dayandıraraq futbolçunu “Barselona”ya qaytarmaq hüququ var idi. Lakin Kataloniya klubu bu variantdan imtina edib və müqavilə iyun ayına qədər qüvvədə qalacaq. Ehtiyac yaranacağı təqdirdə, Mark Andre ter Ştegen reabilitasiyanı “Barselona”nın bazasında keçə biləcək.
Qeyd edək ki, qapıçı yanvarın 21-də “Jirona”ya keçib və artıq iki oyunda iştirak edib. O, “Xetafe” ilə 1:1 və “Oviedo” ilə 0:1 hesablı qarşılaşmalarda meydanda olub. Futbolçunun müqavilə hüquqları isə “Barselona” klubuna məxsusdur.