Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ter Ştegenin transferi yaxın saatlarda açıqlanacaq “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yaxın saatlarda komandasını dəyişəcək.
QOL.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubu ilə “Jirona” arasında alman qolkiperin icarəsi ilə bağlı razılıq əldə olunub.
Müqavilə 30 iyun tarixinədək qüvvədə olacaq. Hazırda yalnız sənədlərin tərtibi və imzalanması qalıb.
Mənbənin məlumatına görə, son anda gözlənilməz problem yaranmasa, Ter Ştegen La Liqanın 21-ci turunda “Xetafe”yə qarşı oyunda (27 yanvar) “Jirona”nın heyətində meydana çıxa bilər.
Bildirilir ki, futbolçu transferin riskə düşməməsi üçün “Barselona”nın "Slaviya" (Praqa) klubu ilə Çempionlar Liqası matçına aparılmaya bilər.
Qeyd olunur ki, icarə müddətində Ter Ştegenin maaşının böyük hissəsini “Barselona” ödəyəcək.
Buna səbəb “Jirona” üçün qapıçının illik 17 milyon avro məvacibinin ağır olmasıdır.