Təranə Məmmədovaya məxsus səs yazısı yayıldı AUDİO

18.09.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 308 nömrəli məktəbin direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb.

News24.az xəbər verir ki, sözügedən səs yazısında onun "mən də burada qulam, pul almışam, yaxşı eləmişəm" kimi ifadələri eşidilir.

Bununla yanaşı, iddialara görə, məktəbdə attestat qiymətlərinin dəyişdirilməsi, yəni jurnalda yazılan qiymətlərlə sənəddə göstərilən qiymətlərin fərqli olması halları da var.

Məktəbin direktoru iddialarla bağlı Baku TV-yə açıqlamasında özünə bəraət qazandıraraq valideynlərin şikayətini əsaslı hesab etmədiyini bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью