Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Təranə Qumral Musa Musayevin qohumları ilə yaşanan qalmaqala son qoymaq istəyib.
Adalet.az bildirir ki, bu barədə müğənni sosial şəbəkə hesabında danışıb:
“Mən bu söz- söhbətə son qoymaq istəyirəm. Həmişə demiəm ki, bu nəsildə hamının səhvini qurban edirəm Niyaməddin Musayevə. O, çox abırlı adamdır. Ortada o olmasaydı, mən çox şeyləri danışardım. Çox sandıqlar açılıb- tökülərdi. Musa da olanlara çox əsəbiləşib. Tanıyırsınız onu, başlayacaq söyməyə. Ona görə mən ortada sülh yaradıram. Mən heç Musaya görə yox, Niyaməddin Musayevə və Sevgimə görə susuram. Hər şeyi və hamının etdiyi hər pis hərəkəti o iki insana bağışlayıram. Yoxsa mən bilirəm onlara etmək lazımdır”.
ƏNTİQƏ