News24 saytından alınan məlumata görə, Icma.az bildirir. Müğənni Təranə Qumral qızların erkən yaşda ailə qurmasının vacibliyindən danışıb.
O, bu fikirlərini "Tarixin bir günü" verilişində qonaq olarkən səsləndirib.
Müğənni erkən yaşda ailə qurmağın üstünlüklərindən bəhs edib və bildirib ki, qızların gec ailə qurması onların evlilikdən imtina etməsinə səbəb ola bilər.News24.az xəbər verir ki, Təranə Qumral qızı Qumralın uşaqlıq illərindən bir xatirəni bölüşərək, qonşusu ilə olan söhbətini belə xatırladıb:“Qumralın bağçaya gedəndə 5 yaşı var idi.
Qonşumuz ona sual vermişdi ki, hələ məktəbə getmirsən? Qumral da cavabında demişdi ki, bu il ərə gedəcəm.
3 qızım var və onları əvvəldən başa salıram. Qızları tez, ağılları kəsməyəndə ərə vermək lazımdır. Qızım təhsil alıb.
Dünyanı görməyi isə lazım deyil. Mən icazə vermirəm ki, dünyanı görsünlər.Sevgim 17 yaşındadır və musiqi akademiyasında təhsil alır.
Mən onu başa salıram ki, ailə vacibdir. Sənin işin də, sənətin də, kariyeran da ailədən sonra gəlir.
Deyirlər ki, qızım ayaqlarının üstündə dursun, sonra ailə qurar.