Təranə Səmədova həbsdən çıxır? Şikayət geri götürüldü

14.07.2025

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Musiqiçi Abbas Səfərov hazırda həbsxanada olan prodüser Təranə Səmədova ilə bağlı şikayətini geri götürüb.

Gununsesi.info Axşam.az-a istinadən xəbər verir ki, bu haqda müğənni Rəqsanə İsmayılova məlumat yayıb. O bildirib ki, onun istəyi ilə Abbas bu addımı atıb.

“Təşəkkür edirəm ki, sözümü yerə salmadın. Təranə ilə danışmaya bilmərəm. Amma iki övlad ananın yanında olacaq. Bir qadını həbsdən çıxartmağımız mənim üçün böyük işdir” deyə, Rəqsanə deyib.

Qeyd edək ki, Təranənin qızı Suel “Təsir dairəsi” verilişinə gələrək aparıcı Lalə Azərtaşdan anasının həbsdən çıxarılmasına yardım etməsini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə Abbasın fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью