Təranə Səmədovanın adını eşidib verilişi tərk etdi | Icma.az
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müğənni Musa Musayev "Tarixin bir günü" verilişini əsəbiləşib yarımçıq tərk edib.
Mia.az Axşam.az-a istinadla xəbər verir ki, buna səbəb proqramın aparıcısı Tarix Əliyevin (Tolik) ona hazırda həbsxanada olan prodüser Təranə Səmədova ilə bağlı sual verməsi olub.
Tolikin "Sizin hazırda məhbus olan Təranə Səmədova ilə illər əvvəl baş verən münaqişəniz hər dəfə gündəmə gətirilir.
Bir də sizin xarici mahnı oxumağınız gündəm olur. Sizcə bunu edənlər kimdir" sualını eşidən M.Musayev özündən çıxıb: "Həmin insanlara yazıql
Bunlar pula görə işləyən adamlardır. Kimisə öldürmək üçün killer tuturlar, bunlar da onlardandır. Məni əsəbiləşdirmək üçün edirlər.
Belə şeylərə görə efirə çıxmıram. Bir ildən çoxdur verilişlərə getmirəm. Tolik, sənə hörmət edib gəldim.
Amma məni bağışlayın, bunlar mənlik deyil. Belə söhbətləri qəbul etmək istəmirəm. Həyatda düşmənim yoxdur.
Tam oxu
Xəbəri oxu